Spiker QƏZƏBLƏNDİ: “Hansı restoranda nahar etdiyimi deyim?”
Ermənistan parlamentinin dekabrın 16-da keçirilən iclasında “Dövlət satınalmaları haqqında” qanun layihəsi yeni redaksiyada ikinci oxunuşda qəbul olunub.
77 deputat lehinə, 2 nəfər əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.
Bundan əvvəl maliyyə naziri Vardan Aramyan dövlət sirri altına alınması nəzərdə tutulan mərasim xərclərinin siyahısına düşəcək birinci şəxsləri açıqlayıb. Bunlar prezident, parlamentin sədri və baş nazirdir.
O, bunun dövlət təhlükəsizliyi məqsədilə edildiyini vurğulayıb.
Səsvermədən əvvəl Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan bunun yeni xərclərə səbəb olub-olmayacağını soruşub.
Hakim Respublikaçılar Partiyasından olan deputat Vardan Ayvazyan qeyd edib ki, ümumi xərclər əvvəlki kimi açıq olacaq.
“Sadəcə, bizim rəhbərlərdən hansının hansı restoranda nahar etdiyi açıqlanmayacaq”, - o, vurğulayıb.
Parlamentin spikeri Qalust Saakyan isə deputata cavabında deyib: “Əgər lazımdırsa, mən bu haqda məlumat verim, problem yoxdur”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.