banner
banner

Dünya

Türkiyə nə qədər suriyalıya qucaq açıb? – Nazir

Türkiyə nə qədər suriyalıya qucaq açıb? – Nazir
Türkiyə 2,7 milyon suriyalıya sığınacaq verib. Bu, daxili münaqişə səbəbindən evlərini tərk etmiş ölkə vətəndaşlarının yarıdan çoxunu təşkil edir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar müraciətində deyib.
“Bu, İkinci Dünya müharibəsi vaxtlarından əhalinin ən böyük məcburi yerdəyişməsidir. Türkiyə miqrasiya böhranının təsirini azaltmaq üçün mümkün olan hər şeyi etməyə davam edir və edəcək. Bununla belə, qaçqınlara görə məsuliyyət yükünü əsasən Türkiyə olmaqla, cəmi bir neçə ölkə daşıyır. Dünya ölkələri və beynəlxalq təşkilatlar bu məsələdə birlikdə hərəkət etməlidir", - sənəddə vurğulanıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.