Beynəlxalq Cinayət Məhkəməsinin İsrail hökumətini istintaqa cəlb etməsi rəsmi Tel Əvivin qəzəbinə səbəb olub.
ANS PRESS-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu qərarı sərt şəkildə təndiq edib.
Haaqa tribunalı bir qədər əvvəl Fələstin rəhbərliyinin şikayəti ilə İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara dair ilkin istintaq araşdırması başladıb.
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarını cəfəngiyyat adlandırıb.
“Beynəlxalq hüququn ən yüksək standartlarına cavab verən İsrail hökumətini təqib etmək absurddur. Bizim hər bir addımımız İsrailin bütün dünyada məşhur olan qanunlarına uyğundur. İsrail özünü fələstinli terrorçulara qarşı müdafiə edir. Onlar bizim mülki vətəndaşlarımıza atəş açır, özləri isə, mülkilərdən canlı qalxan kimi istifadə edirlər. Dünyada terrorizmə qarşı mübarizə aparan lider ölkə kimi məhz biz Haaqaya müraciət etməli olduğumuz halda, Həmas terrorçuları bizə qarşı ittiham irəli sürürlər. İŞİD, əl- Qaidə və Hizbullah da bu addımı təkrarlayarsa, bu, mənim üçün heç də süpriz olmayacaq” - deyə Benyamin Netanyahu bildirib.
Qeyd edək ki, istintaq çərçivəsində, eyni zamanda, İsrailin Fələstin torpaqlarında tikdiyi evlər və Həmasın müharibə cinayəti törətməsi iddiaları da araşdırılacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.