banner
banner

Dünya

Obamadan Putinə ŞOK TELEFON ZƏNGİ

Obamadan Putinə ŞOK TELEFON ZƏNGİ

ABŞ mediası Obamanın Putinə qırmızı telefon xətti ilə kritik zəng etdiyini iddia edib. Barak Obama telefon zəngi zamanı Rusiya prezidentinə rus hakerlərin ABŞ-dakı seçkilərə müdaxilə etməsinin iki ölkə arasında silahlı münaqişə yarada biləcəyini deyib.

ABŞ-ın NBC telekanalı yüksək rütbəli şəxsi qaynaq göstərərək xəbər verib ki, Obama Rusiya prezidentini ilk dəfə qırmızı telefon xətti vasitəsi ilə arayıb. Telefon danışığı oktyabrın 31-də reallaşıb. Obama Putinə deyib ki, internet üzərində seçkilərin saxtalaşdırılması cəhdinə görə rəsmi Moskva məsuliyyət daşıyır.

Qeyd edək ki, qırmızı telefon xətti 11 sentyabr terror aktı kimi məsələlərdə istifadə edilib.

Onu da qeyd edək ki, ABŞ-ın kəşfiyyat xidməti bu ölkədəki prezident seçkiləri zamanı Rusiyadan haker hücumlarının gerçəkləşdirildiyi barəsində sənəd hazırlayıb. “Washington Post” və “New York Times” kimi qəzetlər əminliklə sənəddə Rusiyanın adını qeyd etmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.