İndoneziyada 1 nəfəri əcnəbi olan 5 nəfər narkotik maddələrin istifadəsi va satışına görə edam olunub. ANS PRESS-in məlumatına görə, Niderland kralı Villem Aleksandr ölkəsinin vətəndaşı Aenq Kem Suinin əfv olunması üçün İndoneziya hökümətinə vəsatət qaldırsa da, onun bu müraciəti təmin olunmayıb.
Yerli hökümət bu cəzanın narkotik maddələrin yüksələn alveri ilə mübarizə üçün vacib addım olduğunu əsas gətirib. Bundan başqa Niderlandlı məhbusun vəkili edam qərarının icra olunduğu yerə buraxılmayıb.
Edamlarla əlaqdar Niderland krallığı öz səfirini İndoneziyadan geri çağırıb. Analoji diplomatik addımı Braziliya höküməti də atıb. Belə ki, İndoneziya prezidenti Coko Vidodo Braziliyalı həmkarı Dilma Rouseffin son anda əfv üçün göndərdiyi vəsatəti təmin etməyib.
Hazırda İndoneziya həbsxanalarında narkotik maddə qaçaqmalçılığı ilə bağlı azı 47 xarici ölkənin vətəndaşını ölüm cəzası gözləyir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.