"Bəzi nüanslar var ki, bizə mane oldu" - Adil Şükürov
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan kubokunun 1/4 finalında "Neftçi" ilə oyundan (2:1) sonra fikirlərini bildirib.
O, rəqibi növbəti mərhələyə yüksəldiyi üçün təbrik edib:
İki oyunun nəticəsinə görə qalib gəlib, yarımfinala çıxdı. Bəzi nüanslar var ki, bizə mane oldu. Kubokda mübarizəni dayandırmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq".
A.Şükürov "Zirə"nn azsaylı azarkeşlərinin onu istefaya səsləndirməsi iddialarına münasibət bildirib:
"Bu il azarkeşlər daha çox şey gözləyirlər. Amma bizi bura gətirən rəhbərlik var. Mən də etimadı doğrultmağa çalışıram. Düzdü, son vaxtlar stabil çıxış etmirik. Bunu düzəltməyə çalışacağıq". Qeyd edək ki, "Zirə" iki oyunun nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.