banner
banner

Dünya

Rusiyada 62 dərəcə şaxta qeydə alınıb

Rusiyada 62 dərəcə şaxta qeydə alınıb
Rusiyanın Xantı-Mansiysk bölgəsində 62 dərəcə şaxta qeydə alınıb.
 
APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə regionun ictimai və xarici əlaqələr departamentinin rəhbəri Yelena Şumakova bildirib. 
 
Onun sözlərinə görə, rekord temperatur neft mədənlərinin yerləşdiyi Bolşoy Olxovsk adlanan ərazidə qeydə alınıb: "Dünən Kazım Beloyarski qəsəbəsində mənfi 58 dərəcə temperatur olub. Bu gün isə havanın temperaturu -62 dərəcəyədək enib".
 
Şaxta səbəbindən regionun məktəblərində dərslər dayandırılıb. Anomal hava şəraiti səbəbindən yerli hava limanlarında reyslər gecikmələrlə həyata keçirilir.
 
Departament rəhbəri cümə gününə qədər şaxtalı havanın davam edəcəyini qeyd edib. 
 
Qeyd edək ki, Xantı-Mansiysk muxtar bölgəsi Tümen vilayətinin tərkibinə daxildir. Bu bölgə iqtisadi cəhətdən Rusiya iqtisadiyyatının donoru rolunu oynayır. Çünki əsas neft yataqları məhz bu regionda yerləşir. Belə ki, Yuqrada Rusiya neftinin 60 faizi hasil olunur. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.