banner
banner

İdman

"Boavişta"dan qələbə

"Boavişta"dan qələbə

Portuqaliya Premyer Liqasında XV turun növbəti oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" bu gün səfərdə "Nasional"la qarşılaşıb. Matç "Boavişta"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin futbolçuları K.Ağayev və E.Mahmudov start heyətdə meydana daxil olublar.

İlk dəfə əsas heyətdə yer alan E.Mahmudov görüşün 11-ci dəqiqəsində hesabı açıb. Bu, onun Portuqaliya liqasında ilk qolu olub. Millimizin futbolçusu 39-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. E.Mahmudov qarşılaşmanın 62-ci dəqiqəsində zədələnərək meydanı erkən tərk edib.

K.Ağayev isə 90 dəqiqə meydanda olub və 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Boavişta" 15 turdan sonra 17 xalla turnir cədvəlində 14-cü pillədən 9-cu pilləyə yüksəlib.

22 dekabr

Portuqaliya Premyer Liqası, 15-ci tur

"Nasional" - "Boavişta" - 0:2
Qollar
: Emin Mahmudov, 11, Renato Santos, 32

 cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.