banner
banner

Dünya

Netanyahu narahat oldu: Veto qoyulur

Netanyahu narahat oldu: Veto qoyulur
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Barak Obamaya müraciət edərək BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq yəhudi məskənlərinin inşasını qeyri-qanuni sayan qətnaməyə veto qoymağa çağırıb.
 
Axar.az xəbər verir ki, Netanyahu bu müraciətini sosial şəbəkədə paylaşıb.
 
“ABŞ BMT TŞ-də yəhudi məskənləri ilə bağlı müzakirəyə çıxarılacaq qətnaməni veto etməlidir”, - baş nazir bildirib.
 
Qeyd edək ki, İsrail hökuməti Şərqi Qüdsdə və İordan çayının qərb sahilində yəhudilərə aid yaşayış sahələri salmaqda davam edir. Əgər sözügedən qətnamə qəbul edilərsə, İsraildən hüquqi şəkildə həmin tikintilərin dayandırılması tələb ediləcək.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.