Çempionlar Liqasının E qrupu çərçivəsində "Mançester City"ni məğlub edən "Bavariya"nın baş məşqçisi Pep Qvardiola oyunla bağlı fikirlərini bölüşüb.
ANN.Az goal.com-a istinadən xəbər verir ki, baş məşqçi oyundan məmnun qaldığını dilə gətirib:
"Güclü rəqibə qarşı oynadıq. Yaxşı şanslarımız oldu. Bu matçdan öncə oyunçularıma qrupdan çıxacağımıza əmin olmadığımı dedim. Son matç Moskvaya qarşı olacaq və bu qrupda həqiqətən çətindir. Qrupun taleyi son matçda bilinəcək. Bu çətinliyi "City"ni məlub edərək bir az asanlaşdırdıq".
Qeyd edək ki, klub ikinci matçını 30 sentyabrda "CSKA Moskva"ya qarşı keçirəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.