|
Almaniya bundesliqası təmsilçisi "Darmştadt"ın yeni baş məşqçisi müəyyənləşib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Norbert Meyerin istefaya göndərilməsindən boş qalmış baş məşqçi vəzifəsinə Torsten Frings təyin edilib. Onun 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, "Darmştadt" çempionatda ard-arda 6 məğlubiyyətdən sonra baş məşqçisi Norbert Meyeri istefaya göndərmişdi. Cia.az
|


