|
Almaniya bundesliqası təmsilçisi "Auqsburq"un yeni baş məşqçisi müəyyənləşib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Dirk Şusteri istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Manuel Baum təyin edilib. Qeyd edək ki, "Auqsburq" bundesliqada 18 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Cia.az
|


