banner
banner

İdman

“Qəbələ”: 12 oyunda 10 qələbə

“Qəbələ”: 12 oyunda 10 qələbə
AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda 2016-cı ilin son oyunları keçirilib.
“Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də növbəti qarşılaşmalarını keçirib. 
U-19 XV turun oyununda AZAL-la görüşüb. Komandamız bu ev matçında 3:0 hesabı ilə qalib gəlib. U-17 isə XIV turun ev oyununda “Rəvan”la üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn “Qəbələ” 13 oyundan sonra xal hesabını 32-yə çatdırıb. U-15 Liqada I dövrənin sonuncu – XIII turu oynanılıb. “Qəbələ” səfərdə AZAL-ın qapısından 2 cavabsız qol keçirib. 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında XIII turun matçları baş tutub. Bu kateqoriyalarda “Qəbələ” bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Daşqın”a qalib gəlib – 1:0. UGİM isə “Kürmük”lə heç-heçə edib – 0:0. U-11 Liqasında “Qəbələ” BOİK-i 8:0, UGİM “Kürmük”ü 5:3 hesabı ilə üstələyib. Üç komanda ilə təmsil olunan U-10 Liqasında “Qəbələ” ilk xal itkisi ilə üzləşib. Komanda UGİM (Şəki) ilə heç-heçə edib – 4:4. UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sini 7:0 hesabı ilə məğlub edib. Gİİ isə bu turda istirahət edib. “Qəbələ” 13 oyundan sonra 37 xalla 1-ci, 12 matç keçirən Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 6-cıdir.
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.