banner
banner

İdman

Kasilyas "Real"ın tarixinə düşdü

Kasilyas "Real"ın tarixinə düşdü

İspaniya La Liqasının 19-cu turunda "Qetafe"yə 3:0 hesabı ilə qalib gələn Madrid "Real"ının qapıçısı İker Kasilyas klubun tarixinə düşüb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper komandası ilə çıxdığı rəsmi oyunlarda 450-ci qələbəsini qazanıb.

Bununla da, 33 yaşlı qapıçı klub tarixində 450-ci qələbəsini qazanan ilk futbolçu olub. Kasilyas Madrid təmsilçisinin heyətində 703-cü matçını keçirib.

Qeyd edək ki, Kasilyas La Liqada 323, ölkə kubokunda 28, superkubokda 4 və Çempionlar Liqasının 88 oyununda qələbəyə sevinib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.