banner
banner

Dünya

Barak Obama hərbçilərlə son görüşünü keçirib

Barak Obama hərbçilərlə son görüşünü keçirib
ABŞ prezidenti Barak Obama hərbçilərlə sonuncu dəfə görüşüb.
Səlahiyyətləri başa çatmaqda olan dövlət başçısı Virciniya ştatında, Fort-Mayerdə hərbçilərlə bir araya gəlib.
Bu görüşdə onu vitse-prezident Co Bayden, müdafiə naziri Eşton Karter və qərargah rəisi Cozef Danford müşayiət ediblər.
 
Hərbçilər qarşısında çıxış edən Obama bildirib ki, ABŞ əsgərləri üçün ən böyük məsuliyyət Amerika xalqının dəstəyini və inamını qazanmaqdır. "Xalqımızı qorumaq üçün gözünüzü qırpmayın. Fəqət əsgərlərimizin canını təhlükəyə atmamaq üçün döyüşlərə tələsik girməyin" – deyə Obama tövsiyə edib.

Qeyd edək ki, müdafiə naziri Obamaya hərbçilər adından medal təqdim edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.