Antalyada təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün növbəti yoxlama matçını keçirəcək.
Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi Rumıniyanın “Astra” klubu ilə qüvvəsini sınayacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, Rumıniyanın əsas liqasında mübarizə aparan “Astra” turnir çədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, “Simurq” ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Duysburq” klubuna 1:4, Qazaxıstanın “İrtış" klubuna isə 0:3 hesabı ilə uduzub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.