banner
banner

Sağlamlıq

Zəfəranın faydaları

Zəfəranın faydaları

Qan təzyiqi və ürək sağlamlığı: Ürək sağlamlığının mümkün qədər yaxşı olması günümüzdə olduqca əhəmiyyətli bir yerə sahibdir və bunu etməyin ən sadə yollarından biri də gündəlik kalium qəbulunu artırmaqdır.

Kalium bir damar genəldici olaraq vəzifə daşıyır. Zəfəran isə, kalium mənbəyidir.

Diabet: Doğru miqdarda manqan qan şəkəri səviyyəsinin optimal bir səviyyədə qalmasını təmin edə bilər. Diabet günümüzdə olduqca təhlükəli və geniş yayılmış bir sağlamlıq problemidir. Zəfəran sayəsində qan şəkərinə, qandakı insulin və qlükoza səviyyələrinə nəzarət edərək ikinci dərəcəli şəkərdən uzaq dayana və bu xəstəliyin gətirdiyi simptomlardan da xilas ola bilərsiniz.

Sümük sağlamlığı: Zəfəranın tərkibindəki olan bəzi maddələr qida qəbulunu artırır və bu qidalardan biri də kalsiumdur. Orqanizmimizin yeməklərdən sonra, kalsium miqdarını yüksəldərək, sümükdəki mineral sıxlığını artıra və sümük əriməsi, ya da qocalığın gətirdiyi digər sümük problemlərindən uzaqlaşa bilərik.

Sinir funksiyası: B vitamini insan sağlamlığı üçün olduqca mühüm vitamindir və sinir sistemi üçün də olduqca əhəmiyyətli təsirləri mövcuddur. Daha spesifik olmaq istəsək, zəfəranda olan B6 vitamini sayəsində sinir sisteminin problemsiz işləməsini təmin edə, sinir sistemindəki problemlərdən qaynaqlanan bir çox təhlükəli və ölümcül xəstəlikdən uzaq dura bilərik.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.