banner
banner

İdman

Boksçularımızın rəqibləri bəlli oldu

Boksçularımızın rəqibləri bəlli oldu

Qazaxıstanın Almatı şəhərində AİBA Pro Boxing (APB) yarışlarının püşkü atılıb.

ANN.Az Boks Federasiyasına istinadən xəbər verir ki, tədbirdə AİBA prezidenti Çinq Ko Vu, Qazaxıstan Boks Federasiyasının prezidenti Timur Kulibayev, Qazaxıstanın İdman və Mədəniyyət naziri Aristanbek Muhammeduli və digər şəxslər iştirak ediblər.

Hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Reytinqə əsasən, hər çəkidə iki idmançı “səpələnməmişlər” sırasında yer alıb. Azərbaycan milli komandasının üzvlərindən 2 qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91+kq) reytinqdə 1-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) isə 2-ci olub. APB-də ilk döyüşlər oktyabrın 24-də keçiriləcək.

Məcidovun ilk rəqibi rumıniyalı boksçu Mihay Nistor olacaq. Nistor da WSB liqasında çıxış etsə də, o hələ ki Məcidovla qarşılaşmayıb. Çələbiyevin ilk rəqibi isə 28 yaşlı yaponiyalı Satoşi Şimizu olacaq. Şimizu London Olimpiadasının bürünc mükafatçısıdır. Fariz Məmmədovun da (69 kq) püşk sarıdan bəxtinin gətirmədiyini demək olar.

Həmyerlimiz ilk görüşdə rusiyalı Andrey Zamkovoyla üz-üzə gələcək. Zamkovoy London Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2009-cu ilin dünya çempionatında da 2-ci olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.