|
"Neftçi” bir neçə gün əvvəl transfer etdiyi çilili futbolçu İqnasio Herrera dünən axşam saatlarında komandanın düşərgəsinə gəlib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hücumameyilli yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə çıxıb. Xatırladaq ki, "Neftçi” ilə 1 illik müqaviləyə imza atan Herrera indiyədək Çilinin "Reyncers”, "Huaçipato”, "Maqalyanes”, "Kobreloa”, "Deportes İkike”, İspaniyanın "Real Betis” B və Qazaxıstanın "İrtış” klubunda çıxış edib. Cia.az
|


