banner
banner

İdman

Millimizin taleyi Litvadan asılıdır

Millimizin taleyi Litvadan asılıdır

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirin qrup mərhələsində ikinci turun oyunları başa çatıb. 
Qol.az xəbər verir ki, C qrupunda yer alan 19 yaşadək futbolçulardan ibarət milli komandamız ikinci görüşündə də qələbə qazana bilməyib. 
İlk turda Litvaya 1:2 hesabı ilə uduzan yığmamız, bu dəfə Qazaxıstanla matçda heç-heçəyə nail olub - 2:2.
2 turdan sonra 1 xalı olan Təbriz Həsənovun komandası qrup sonuncusudur. 4 xala malik Litva C qrupunun lideridir. Qazaxıstan və Slovakiya millilərinin hesabında isə 2 xal var. 
Azərbaycan millisi ilk 2 tur ərzində qələbə qazana bilməsə də, 1/4 finala yüksəlmək şansını itirməyib. Yüksək yerlər uğrunda mübarizəni davam etdirmək üçün millimiz qrup mərhələsinin son turunda Slovakiyanı məğlub etməlidir. 
Bundan başqa, Litva yığması da Qazaxıstanla görüşdə uduzmamalıdır. Bu halda millimiz 4 xalla qrupu ikinci yerdə tamamlayacaq. Qazaxıstan Litvanı məğlub etsə, millimizin slovaklarla oyunun nəticəsindən asılı olmayaraq, 1/4 finaldan kənarda qalacaq. 
Azərbaycan millisi Slovakiya ilə yanvarın 13-də üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 15:15-də start götürəcək. 13:00-da isə Litva Qazaxıstanı sınağa çəkəcək. 
U-19 yığmamız 1/4 finala adlasa, yarımfinal yolunda Sankt-Peterburq komandası ilə üz-üzə gələcək. Meydan sahibləri 2 turdan sonra D qrupunda birinciliyi təmin edib. 
Təbriz Həsənovun komandası 1/4 finala yüksələ bilməsə, bu halda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Millimiz qrupda üçüncü yeri tutsa, 9-cu yer uğrunda ilk matçda D qrupunun dördüncüsü ilə görüşəcək. U-19 qrup sonuncusu olsa, növbəti mərhələdəki ilk matçında D qrupunun üçüncüsünü sınağa çəkəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.