Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib. Qol.az-ın xəbərinə görə, Elxan Abdullayevin komandası Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Oyun özbəklərin qələbəsi ilə başa çatıb – 1:0. Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz heç-heçə etmişdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.