banner
banner

Dünya

Qabonda “Shell”in işçiləri tətilə başlayıblar

Qabonda “Shell”in işçiləri tətilə başlayıblar
Qabonda “Royal Dutch Shell” şirkətinin işçiləri “fasiləsiz” tətilə başlayıblar.
 
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə işçilərin Həmkarlar İttifaqı bildirib.
 
Mənbənin bildirdiyinə görə, “Shell” Qabondakı aktivlərini 700 mln. dollar satmağa çalışır və əməkdaşlar işdən çıxarılmaq, yaxud digər əraziyə getməklə bağlı narahatlıq keçirirlər.
Neft işçilərinin Milli İttifaqından verilən açıqlamada vurğulanır ki, tətil “Shell”in Qabondakı bütün əməliyyatlarını əhatə edəcək. Məsələ ilə əlaqədar şirkətdən hər hansı açıqlama verilməyib və hasilatın bundan zərər görüb-görməməsi barədə məlumat yoxdur.
 
Ötən ilin dekabr ayında Həmkarlar İttifaqı “Shell”in Qabondakı bütün işçilərinin şirkətin aktivlərini alacaq şirkətdə işçə götürülməsi və 5 il ərzində hər hansı işdən çıxarmanın olmamasını tələb edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.