"Adanaspor" Reynaldonu istəyir - baş məşqçi açıqladı
Türkiyənin superliqası təmsilçisi "Adanaspor" "Qarabağ"ın futbolçusu Reynaldonu transfer etmək istəyir.
Bu barədə klubun baş məşqçisi Leven Şahin məlumat verib. O bildirib ki, Ağdam klubuna braziliyalı oyunçu üçün təklif göndəriblər:
"Mütləq bir hücumu alacağıq. Reynaldo transfer siyahımızda olan futbolçulardan biridir. Klub rəhbərliyi bu transferi bitirmək istəyir. Bir problem yaransa, başqa namizədlərə baxacağıq".
Qeyd edək ki, "Adanaspor" ölkə çempionatında 10 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.