Bu gün İspaniya kubokunda 1/4 final mərhələsinə start verilib.
Qol.Az-ın məlumatına görə, ilk mərhələdə bu günə üç qarşılaşma nəzərdə tutulub.
Günün ilk matçında "Vilyareal" və "Hetafe" üz-üzə gələcək. Bu görüşün taleyini bir qol həll edib. Brunonun matçın 85-ci dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0.
1/4 final mərhələsinin ən maraq doğuran oyunu Barselonada olub. Burada "Barselona" 1/8 finalda Madrid "Real"ını mübarizədən kənarlaşdıran "Atletiko"nu (Madrid) qəbul edib. Lionel Messinin görüşün 85-ci dəqiqəsində vurduğu qol "Barselona"ya minimal hesablı qələbə qazandırıb - 1:0.
Günün digər qarşılaşmasında "Malaqa" və "Atletik" (Bilbao) komandaları üz-üzə gəlib. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, İspaniya kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına sabah gecə keçiriləcək "Espanyol" - "Sevilya" oyunu ilə yekun vurulacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.