|
"Barselona"nın futbolçusu Rafinya Alkantara İspaniya kubokunun 1/4 finalında "Real Sosyedad"la ilk oyunu buraxacaq. 23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sözügedən qarşılaşmada oynamayacaq. Onun nə zaman yaşıl meydanları qayıdacağı hələlik müəyyənləşməyib. Qeyd edək ki, Rafinya bu mövsüm 11 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib. Cia.az
|


