|
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Təbriz Həsənovun komandası 9-12-ci yerlər uğrunda mərhələdə ilk matçında Estoniya ilə üz-üzə gəlib. Bu görüşdə millimiz 3:0 hesabı ilə qalib gəlib. Bununla da yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb. Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir 9-12-ci yerlər uğrunda oyun 17 yanvar Cia.az
|


