banner
banner

Dünya

İstanbulda antiterror əməliyyatı: 15 PKK-çı saxlanılıb

İstanbulda antiterror əməliyyatı:

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşması əleyhinə əməliyyat keçiriib. 

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, şəhər polisinin terrorla mücadilə şöbəsi bir sıra şəxslərin PKK terror qruplaşması tərəfindən İstanbula göndərilməsi barədə məlumatı dəqiqləşdirmək üçün həmin şəxslərlə bağlı əməliyyata başlayıb. 
 
Kartal, Gaziosmanpaşa, Bahçevilər, Esenyurt, Sultanbəyli və Başakşehirdəki ayrı-ayrı ünvanlarda keçirilən əməliyyat zamanı 15 nəfər şübhəli şəxs qismində saxlanılıb. Şübhəlilərin olduqları ünvanlarda aparılmış axtarışlar zamanı rəqəmsal məlumatlar və PKK tərəfdarlarının kəşfiyyat fəaliyyətinə dair məlumatlar ortaya çıxıb. 
 
Məlum olub ki, terror qruplaşmasının tərəfdarları təhlükəsizlik orqanları haqqında kəşfiyyat xarakterli məlumatlar toplayırmış.  Saxlanılanlar arasında silahlı insidentlər törətmək istəyənlər də var.  Araşdırmalar davam edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.