|
"Zirə" bu gün Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda Qırğızıstanın “Dordoy” klubu ilə qarşılaşıb. Matç "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı klubunun qollarını Milan Duriç və Vüqar Mustafayev vurublar. Qeyd edək ki, "Zirə"nin Antalyada ikinci yoxlama matçını yanvarın 22-i Bolqarıstan təmsilçisi “Lokomotiv”ə qarşı keçirəcək.
18 yanvar 16:30. "Zirə" - "Dordoy" (Qırğızıstan") - 2:1 Cia.az
|


