Dünya iqtisadiyyatının əlaqələndirilməsində xüsusi yeri olan və hər il yanvarda keçirilən budəfəki Dünya İqtisadi Forumunun (Davos forumu) yanvarın 17-də rəsmi açılışı açılışını Çin Xalq Respublikasının prezidenti Si Tszinpin edib.
Qərbin nəhəng proyektlərindən biri sayılan bu iqtisadi forumda Çin lideri ilk dəfə açılış nitqi söyləyib.
Davos Dünya İqtisadi Forumu yanvarın 20-dək davam edəcək. Bu il forum “məsuliyyət və məsuliyyətli rəhbərlik” şüarı altında keçirilir.
Dünyanın aparıcı biznes rəhbərləri və siyasi liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi problemləri, qlobal və regional problemləri müzakirə edəcək. Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və s. məsələlərə həsr olunmuş müzakirələr daxildir.
İllik foruma bu il 3000-dən çox nümayəndə qatılacaq və bu, forum tarixində rekord say olacaq. Yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün Davosa gedib.
Forum çərçivəsində 400-ə qədər müzakirə aparılacaq.
Forumun açılış nitqinin bu dəfə Çin rəhbərinə verilməsi Qərb mediasında birmənalı qarşılanmayıb. Qərb mediası Qərbin böyük proyekti olan Davos Forumunda açılışın demokratiyanın, siyasi azadlıqların olmadığı ölkəyə verilməsini tənqid ediblər. Bəs bu tənqid əsaslıdırmı?
Politoloq Qabil Hüseynli hesab edir ki, Davos iqtisadi Forumunda demokratiya, siyasi azadlıqlar, demokratik dəyərlər deyil məhz iqtisadiyyat müzakirə edildiyindən açılış çıxışının Çin prezidentinə verilməsində bir qanunauyğunluq var. Çin son iki 2 il istisna olmaqla son 10 ildə hər il 8-10 faizlik iqtisadi artıma nail olub.
Bu gün Çin öz iqtisadi nailiyyətlərinə, ümumi milli gəlirə görə ABŞ-dan sonra dünyanın ikinci aparıcı dövlətinə çevrilib: “Bu inkişaf tempi son 2 ildə tədricən zəifləməyə başlasa da yenə də Çin dünyanın aparıcı iqtisadi ölkələrindəndir. “Davos” iqtisadi forum olduğundan və məqsədi dünya iqtisadi böhranının qarşısını alan tədbirlərin həyata keçirilməsindən ibarət olduğundan sırf iqtisadi maraqları güdərək və ölkənin iqtisadi islahatlara, inkişafa böyük diqqət ayırmasının nümunəsi olaraq açılış çıxışını Çinin prezidentinə verildi. Bu, simvolik xarakter daşıyır və eyni zamanda dünyaya göstərilir ki, Çin kimi kommunistlərin rəhbərlik etdiyi bir ölkədir, ancaq istənilən quruluş şəraitində əgər real iqtisadi islahatlar həyata keçirilərsə, iqtisadiyyatda insan azadlığına maksimum yer verilirsə, ölkənin iqtisadiyyat potensialı açılır və iqtisadiyyat sürətli inkişaf edə bilir”.
Politoloq vurğuladı ki, bu gün Çin iqtisadi cəhətdən azad olsa da siyasi cəhətdən totalitar bir ölkədir. Siyasi sistemdə demokratiyanın, insan azadlığının elementləri belə yoxdur. Qərb mətbuatı Çini buna görə kifayət qədər tənqid edə bilər və hətta Davos forumunda açılış çıxışının ona verilməsinə görə Davos forumunun rəhbərliyini qınaya da bilər. Amma məsələ burasındadır ki, sözügedən tədbir iqtisadi forumdur və Çin iqtisadiyyatı son illər çox böyük irəliləyişə nail olub: “Davos forumunda demokratiya, siyasi azadlıqlar müzakirə edilsəydi və açılış çıxışı Çin prezidentinə həvalə olunsaydı o zaman əsaslı tənqidlərin yeri olardı. Ancaq bəllidir ki, forum sırf iqtisadi məsələlərə həsr olunub və açılış çıxışı da iqtisadiyyatı inkişaf edən Çin prezidentinə verilib. Çin iqtisadiyyatının inkişafı o həddədir ki, artıq ABŞ özünə iqtisadiyyatda rəqib kimi yalnız Çini görür. ABŞ-da belə fikir hökm sürür ki, əgər Çinin həyata keçirdiyi iqtisadi dəyişikliklər, iqtisadi inkişafı, tətbiq etdiyi texnoloji yeniliklər bu sürətlə davam edərsə, “Asiya pələngi” dünyanı Amerikanı da üstələyə və dünyanın bir nömrəli dövlətinə çevrilə bilər”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.