banner
banner

Dünya

“İŞİD” geri çəkilir

“İŞİD” geri çəkilir

“İŞİD” qüvvələri Suriyanın sərhədyanı Kobani şəhərində Qərb ölkələrinin endirdiyi hava zərbələri səbəbindən ələ keçirdikləri ərazilərdən geri çəkilmək məcburiyyətində qalıblar.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, şəhər administrasiyasının nümayəndəsi İdris Nasanın verdiyi məlumata görə, son günlərədək şəhərin 1/3 hissəsinə nəzarət edən terrorçular hazırda yalnız bir neçə evi əllərində saxlaya biliblər. Nasan kürd özünümüdafiə dəstələrinin daha çox silah-sursata ehtiyacı olduğunu vurğulayıb.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu hökumətin Kobani məsələsində hərəkətsizliyini ittiham edən tənqidçilərə cavabında bildirib ki, Ankara bu məsələdə tək addım ata bilməz.

NATO rəhbəri Yens Stoltenberq ilə danışıqlar zamanı Mövlud Çavuşoğlu Suriyanın sərhədyanı ərazilərində uçuşsuz zonası yaratmağı təklif edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.