banner
banner

Dünya

Həbsxanadan 200-ə qədər məhbus qaçıb

Həbsxanadan 200-ə qədər məhbus qaçıb

Braziliyanın cənub-şərqindəki həbsxanadan 200-ə qədər məhbus qaçıb. Cia.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident səhər saatlarında San-Paula ştatında baş verib.

Məlumata görə, həbsxana əməkdaşları ilə dustaqlar arasında münaqişə baş verib. Daha sonra dustaqlar yanğın törədiblər və qaçıblar. Onların bir hissəsini həbsxanaya qaytarmaq mümkün olub. İnsidentdə xəsarət alan olmayıb.

Qeyd edək ki, bu penitensiar müəssisə 1,1 min dustaq üçün nəzərdə tutulsa da, hazırda burada 1,4 min şəxs cəza çəkir. Bütün həbsxanalarında ciddi sıxlıq yaşanan Braziliyada bu cür insidentlər tez-tez baş verir. Ölkə rəhbərliyi 30 yeni penitensiar müəssisənin yaradılması ilə bağlı göstəriş verib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.