banner
banner

Dünya

İŞİD universitetdə dəhşət saçdı

İŞİD universitetdə dəhşət saçdı

İŞİD terror qruplaşması bu dəfə universitet müəllimlərini qətlə yetirib.

CİA.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə İraq İnsan Haqqları Təşkilatı açıqlama yayıb. Açıqlamada deyilir ki, İŞİD Mosul Universitetindən bəzi təhsil işçilərini terror təşkilatını tanımadıqları səbəbiylə edam edib.

Açıqlamada bununla bağlı əlavə məlumat verilməyib. Bu xəbər hələlik rəsmən təsdiqlənməyib.

Terrorçular 7 iyun 2014-cü il tarixində Mosulda yerləşən Ənbar Universitetinə hücum edərək təhlükəsizlik işçilərini öldürmüş, aralarında təhsil işçiləri və tələbələr başda olmaqla çox sayda adamı girov götürmüşdü. Qruplaşma bir müddət sonra girov götürdüyü 1300 tələbəni azad etdiyini bildirmişdi.

Qeyd edək ki, İŞİD 2014-cü ilin iyun ayından başlayaraq Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirib. Hazırda İraq ordusu ilə İŞİD arasında döyüşlər gedir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.