banner
banner

Dünya

BMT Somalidə baş vermiş terror aktını pisləyib

BMT Somalidə baş vermiş terror aktını pisləyib

BMT-nin Somaliyə yardım üzrə missiyası bu ölkənin paytaxtı Moqadişudakı "Dayaks" otelində baş vermiş terror aktını qətiyyətlə pisləyib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, BMT Somalidəki hərbi ekstremistlərin heç vaxt qalib gəlməyəcəyini bəyan edib. Qeyd edək ki, terror aktı zamanı 28 nəfər həlak olub, daha 50 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yerli KİV-in məlumatına görə, mehmanxananın girişində iki partlayış baş verib. Əvvəlcə otelin qapısına partlayıcı qurğu yüklənmiş avtomobili çırpılıb. 
 
Bundan sonra terrorçular mühafizəçilərə atəş açıblar. İkinci avtomobil isə həkimlərin və jurnalistlərin hadisə yerinə gəldikləri zaman partladılıb. Baş verənlərə görə məsuliyyəti "Əş-Şabab" qruplaşmasının yaraqlıları üzərinə götürüb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.