Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün növbəti yoxlama matçını keçirəcək.
Qol.Az-ın məlumatına görə, Qəbələ təmsilçisi bu dəfə Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq.
Rusiya Premyer Liqasında geridə qalan 17 turdan sonra 26 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Kuban"ın "Qəbələ" ilə oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə 0:0 bərabərə qalan, Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduzan Roman Qriqorçukun komandası “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.