banner
banner

Dünya

Reyna terrorçusunun yaxalandığı an – Fotolar

Reyna terrorçusunun yaxalandığı an
İstanbulda yeni il gecəsi Reyna gecə klubunda 39 nəfəri öldürən İŞİD-lı terrorçu Əbdülqadir Maşaripovun 16 günlük qaçışının detalları və yaxalandığı ilk anın şəkillərini “Hürriyyet” qəzeti üzə çıxarıb. 
Musavat.com “Hürriyyet”ə istinadən xəbər verir ki, Maşaripov qətliamdan sonra qaçarkən Ulus bölgəsində girdiyi bir bağçada it hücumuna məruz qalıb. 3 taksi dəyişdirərək, Zeytinburnuya çatan terrorçunun üzə çıxmasında maraqlı detallar var. Əməliyyatın keçirildiyi evdə tapılan siqaret kötükləri ilə taksi sürücülərini qonaq etdiyi siqaretlər eyni çıxınca polis önəmli ipucu əldə edib. 
Hücumçu tək olub və hadisədən sonrakı qarışıqlıqdan yararlanaraq taksiyə minərək qaçıb. Terrorçu gödəkçəsiniı və hücumda istifadə etdiyi "Kalaşnikov" markalı silahı hadisə yerində qoyub getmişdi. Gödəkçənin cibində 500 lirə vardı. Görüntülərə görə, "Reina" hücumçusu Ortaköydəki Portakal yoxuşundan taksiyə minir, təxminən 5 kilometr sonra Ulus yaxınlarında taksidən düşür. Piyada olaraq bir müddət dolaşan hücumçu daha sonra Ulusda bir evin bağçasına girir. Bağçada evin iti ona hücum edir. İtlə bir müddət mücadilə edən, yerə yıxılan hücumçu sürətlə hadisə yerindən uzaqlaşaraq təkrar küçəyə çıxıb. Qarşısına çıxan ilk taksiyə minir. Bu dəfə də taksidən Zincirliquyuda metrobus dayanacağında enib. Qısa bir müddət qərarsız addımlarla ətradda gəzən hücumçu 3-cü dəfə taksiyə minib. Bu dəfə ünvanı Zeytinburnu olub. 
 
İstintaq hər üç taksi sürücüsünü dindirib. İlk iki taksi sürücüsü üstündə pulu olmayan sərnişini qısa məsafədə maşından endirib. Üçüncü sürücüyə isə yol pulunun gedəcəyi ünvanda veriləcəyini deyib. İfadələri alınan sürücülər deyib ki, terrorçu türkcə pis danışırmış, amma fiziki görünüşünə görə Türkiyə Cümhuriyyətlərindən olan xalqın nümayəndəsinə bənzəyirmiş. Terrorçunun hadisə yerində unutduğu gödəkçiəsinin cibində qalan pul onun üçün ilk növbədə şanssızlıq kimi görünsə də, əslində şansı idi. Çünki terrorçu pulu olmadığı üçün 3 taksi dəyişdirmiş və bununla da polisin işini çətinləşdirmişdi. 
Terrordan 36 saat sonra polis "Reina" terrorçusunun Zeytinburnuda gizləndiyi evə çatıb. Əməliyyat düzənlənib. Terrorçuya aid olduğu müəyyənləşən, hazır halda 2 çemodan tapılıb. Gecəni həmin evdə keçirdiyi anlaşılan terrorçu çemodanlarını götürmədən qaçıb. 
 
İstintaq çərçivəsində polis 480-dən çox evə basqın edib, 16 gün ərzində 214 nəfər saxlanıb. 
 
 
 






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.