|
Bu gün Topaz Premyer Liqada 15-ci tura yekun vurulub.
Hər iki oyun Bakıda keçirilib. "Zirə" öz meydanında autsayder AZAL-ı qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Turun mərkəzi oyununda isə "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edib və 1:1 hesabı ilə yekunlaşıb. Bu, "Neftçi"nin bu mövsüm Premyer Liqada ilk heç-heçəsi olub. "Qarabağ" isə qazandığı 1 xal sayəsində yenidən liderliyə yüksəlib. 29 yanvar Topaz Premyer Liqası XIX tur 17:30. "Qarabağ” - "Neftçi” - 1:1 Qol: Cavid İmamverdiyev, 13 (0:1), Dino Ndlovu, 73-pen. (1:1) Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov "Azərsun Arena” 15:00. "Zirə” - AZAL - 2:1 Qol: Sezar Meza Kolli, 11 (1:0), 29 (2:0), Rəşad Abdullayev, 50 (2:1) Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov Zirə İdman Kompleksinin stadionu 28 yanvar "İnter” - "Kəpəz” - 4:1 "Qəbələ” - "Sumqayıt” - 1:1
Bombardirlər: Baqali Dabo ("Qəbələ") - 7 qol, Filip Ozobiç ("Qəbələ") - 7 qol |


