ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfiri Culio Haas İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. Cia.az saytı xəbər verir ki, "Report" "Frans Press"ə istinadən məlumatına görə, bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Bəhram Qasimi açıqlama verib.
Diplomatın sözlərinə görə, Culio Haasa ABŞ prezidenti Donald Trampın bu yaxınlarda iranlıların Birləşmiş Ştatlara girişinə müvəqqəti qadağanın qoyulmasını nəzərdə tutan fərmanı ilə əlaqədar etiraz məktubu təqdim olunub.
İranlı diplomat İsveçrə səfirinə bu fərmanın əsassız və yolverilməz olduğunu, eyni zamanda ayrı-seçkilik xarakteri daşıdığını bildirib.
Səfir etiraz məktubunu tezliklə ABŞ Dövlət Departamentinə çatdıracağını deyib.
ABŞ prezidenti Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.