banner
banner

İdman

"Qarabağ"da xoşbəxt 4 il keçirdim" - Reynaldo

"Qarabağ"da xoşbəxt 4 il keçirdim" - Reynaldo

"Futbolçu karyerıma Braziliyanın "Nautiko" klubundan başladım. Daha sonra "Anderlext", "Serk", "Vesterlo" klublarında futbol oynadım. Ardınca "Qarabağ" klubuna keçdim. Orada çox xoşbəxt 4 il keçirdim. "Adanaspor"da da uzun müddət  yaxşı futbol oynayacağıma, ailəmlə birgə burada xoşbəxt yaşayağıma əminəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"dan "Adanspor"a transfer olan Reynaldo Türkiyə klubunun telekanalına müsahibəsində deyib.

O, "Adanaspor"a keçdiyi üçün xoşbəxt olduğunu bildirib:

"Burada hər kəs mənə çox kömək edir. Bu da məni çox sevindirir. Çünki yeni gəldiyiniz ölkədə olmaq asan deyil. Ancaq mənim üçün çox yaxşı qarşılanma oldu. Buna görə də klubdakı hər kəsə təşəkkür edirəm. Buradakı hədəflərim arasında komandama kömək etmək var. Bilirəm ki, məndən qol vurmağı məndən gözləyirlər. Məndə qollarımla, qol ötürmələrimlə komandama kömək etmək istəyirəm. Hazırkı hədəflərim bunlardır".

Reynaldo şəhər haqqında fikirlərini də bölüşüb: "Bura çox gözəldir. Digər komanda yoldaşlarımla bu barədə danışmışam. Burada hava, iqlim çox yaxşıdır. Günəşli günləri xoşlayıram. Bir sözlə, ilk  fikirlərim yaxşıdır. Ümid edirəm ki, belə də davam edəcək".


 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.