banner
banner

Dünya

Zavodda güclü yanğın: 100-dən çox işçi xəsarət alıb

Zavodda güclü yanğın:
Filippinin paytaxtı Maniladadan cənubda zavodda baş vermiş güclü yanğın nəticəsində 100-dən çox işçi xəsarət alıb, 3 nəfər itkin düşmüş hesab edilir.
Trend-in "Assoşieyted Press" agentliyinə istinadən verdiyi məlumata görə, "House Technology Industries" şirkətinə məxsus üçmərtəbəli binada başlamış yanğını 18 saatdan sonra nəzarətə götürmək mümkün olub. Lakin yanğın hələ tam söndürülməyib.
Müəssisə əməkdaşları xilas olmaq üçün özlərini pəncərədən atıblar.
Yanğının istilik keçirməyən materialların hazırlanması üçün nəzərdə tutulmuş mexanizmlərdən birinin həddindən artıq qızması nəticəsində baş verdiyi bildirilir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.