“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yeni transfer Qabriel Jezusun oyununu dəyərləndirib.
İspaniyalı mütəxəssis Premyer Liqanın 23-cü turunda “Vest Hem”lə oyunda (4:0) qol vuran gənc hücumçu ilə bağlı maraqlı bənzətmə aparıb:
“Jezus istedadı ilə qol vurmaq üçün mübarizə apardı. Bu cür oyunçular qarpız kimidir, necə olduğunu bilməzsiniz. Gözəl olub-olmadığını bilmək üçün kəsmək məcburiyyətindəsiniz”.
Qeyd edək ki, Brazliya millisinin 19 yaşlı üzvü “Mançester Siti” Qabriel Jezusu 27 milyon funt sterlinqə transfer edib.
Cia.az