banner
banner

Dünya

Meksikada quldurlar 8 polis əməkdaşını oğurlayıb

Meksikada quldurlar 8 polis əməkdaşını oğurlayıb

Meksikanın mərkəzi hissəsində silahlı cinayətkarlar 8 nəfəri oğurlayıb. 

 
"Report"un məlumatına görə, bu barədə "El Universal" qəzetinin elektron versiyası xəbər verib. Məlumatda bildirilir ki, hadisə Puebla ştatındakı oteldə baş verib. Qəzetin bildirdiyinə görə, oğurlananlar federal polisin əməkdaşları ola bilər. Lakin bu xəbər hələlik rəsmən təsdiqlənməyib. Şahidlərin sözlərinə görə, quldurlar otelin polislərin qaldığı güman edilən nömrəsinə daxil olaraq onlara atəş açıblar. Nəticədə bir neçə nəfər yaralanıb. 
 
Bundan sonra cinayətkarlar onları maşınlara əyləşdirərək naməlum istiqamətə aparıblar. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.