Londonda 2006-cı ildə radioaktiv maddədən zəhərlənərək öldürülən KQB-nin keçmiş agenti Aleksandr Litviyenkonun səsyazısı şok effekti yaradıb.
ANS PRESS-in məlumatına görə, keçmiş KQB-şnikin ölümündən bir il əvvəl qeydə aldığı səsyazısında Rusiya prezidenti Vladimir Putinin dünyada bəzi cinayətkarlar ilə əlaqəsinin olduğu bildirilir.
Daily Telegraph qəzetinin ələ keçirdiyi səsyazısında Putinin Federel ABŞ-ınTəhlükəsizlik Bürosunun ən çox axtarılanlar siyahısında ukraynalı mafiya başçısı Semion Moqileviç ilə yaxın dost olduğunu deyən Liyviyenko Moqileviçin "Əl Qaidə"yə silah satdığını da iddia edir.
43 yaşında ölən Litviyenko uzun müddət KQB-də işlədikdən sonra 2000-ci ildə Böyük Britaniyaya qaçıb. Onun 2006-cı ildə Londonda otellərdən birində radioaktiv maddə ilə zəhərlənərək öldürüldüyü iddia edilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.