banner
banner

Dünya

Rusiyada ardıcıl iki zəlzələ baş verib

Rusiyada ardıcıl iki zəlzələ baş verib
Rusiyanın Kuril adaları və Kamçatka sahillərində bir-birinin ardınca iki zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 4,7 bal gücündə ilk zəlzələ Kuril adaları yaxınlığında qeydə alınıb. Yeraltı təkanların episentri Severo-Kurilsk şəhərindən 240 km aralıda, ocağı 240 km dərinlikdə yerləşib.
İkinci zəlzələ Kamçatka sahillərində baş verib. 4,2 ballıq zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 83 km aralıda,  ocağı isə 56 km dərinlikdə yerləşib.
Yaşayış məntəqələrində yeraltı təkanlar hiss edilməyib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.