banner
banner

Dünya

Türkiyədə atışma baş verib: 5 yaralı

Türkiyədə atışma baş verib: 5 yaralı

Türkiyədə silahlı insident baş verib. 

İki qrup arasında baş verən atışmada 5 nəfər yaralanıb. Hadisə Diyarbakır əyalətinin Kayapınar rayonunda, bir kafedə, axşam saatlarında baş verib. Məlumata əsasən, iki qrup arasında bilinməyən bir səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Silahlarını çıxaran tərəflər atəş açmağa başlayıblar. 
Nəticədə 5 nəfər yaralanıb. Tərəflər arasında davanın davam etməməsi üçün yaralılar rayondakı fərqli xəstəxanalara aparılıb. Hadisə yerinə çox sayda polis cəlb olunub. Araşdırmalar davam edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.