Ümumdünya Boks Seriyasının (WSB) II turun matçında Azərbaycanın “Baku Fires” klubu səfərdə Venesuelanın “Caciques Venezuela” komandası ilə qarşılaşıb.
Apasport.az saytının məlumatına görə, Karakasda keçirilən görüşdə təmsilçimiz 2:3 hesabı ilə məğlub olub.
“Baku Fires”in heyətində superağır çəki dərəcəsində Arslanbek Mahmudov bu dəfə də inamlı qələbə qazanıb. Onun zərbələri qarşısında aciz qalan Venesuela boksçusu 4-cü raunddan sonra döyüşü davam etdirməkdən imtina edib.
Döyüşlərin nəticələri: Caciques Venezuela - Baku Fires – 3:2 52 kq. Bermudez Salas – Elvin Məmişzadə – 3:0 (49:46, 48:47, 49:46) 60 kq. Nestor Armas – Albert Səlimov - 0:3 (44: 50, 45:50, 45:50) 69 kq. Maestre Perez – Yevgeni Romaşkeviç – 3:0 (49:46, 49:46, 49:46) 81 kq. Ramirez Duran – Soltan Migitinov – 2:1 (48:47, 48:47, 46:49) +91 kq. Munoz Mata – Arslanbek Mahmudov – TKO R-4
B qrupunda digər nəticələrə gəlincə, “Argentina Condors” doğma divarlar arasında “Puerto Riko Hurricanes” klubuna 2:3 hesabı ilə uduzub. “USA Knockouts” yerli publika qarşısında “İtalia Thunder” üzərində qələbə qazanıb – 3:2. “Astana Arlans” isə səfərdə “Rafako Hussars Poland” klubunu 3:2 hesabı ilə məğlub edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.