banner
banner

Dünya

Moldovada böhran: Hökumət prezidentə qarşı

Moldovada böhran:
Dodon Brüsseldə özünü Moldova prezidenti kimi aparmayıb.
Bu barədə bəyanatı Moldovanın hakim Demokratik Partiyası yayıb.
“Prezidentin səfəri partiya sədrinin səfərinə bənzəyir. Dodon Brüsseldə özünün Sosialistlər Partiyasının siyasi layihəsini nümayiş etdirib. Ölkə lideri özünü Moldovanın bütün vətəndaşlarının prezidenti kimi aparmayıb. Moldova bundan sonra avrointeqrasiya yolundan əl çəkməyəcək”, –bəyanatda deyilir.
 
Qeyd edək ki, Demokratik Partiya hazırda Moldova parlamentində böyük üstünlüyə sahibdir. Hazırkı hökumət də bu partiyadan formalaşıb.
 
Dodon dünən Brüsseldə çıxışı zamanı Moldovanın Rusiya ilə münasibətlərinin Avropa ilə əlaqələrdən üstün olduğunu açıqlayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.