banner
banner

İdman

Roman Qriqorçuk: "Ağlayası deyilik ki..."

Roman Qriqorçuk: "Ağlayası deyilik ki..."

"Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq. Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydan bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər”.
 
Qol.az-ın sportnet.az-a istinadən yaydığı məlumata görə, Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Zirə” ilə 2:2 hesablı heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında deyib.
 
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
 
- Qələbənin əldən getməyində psixoloji gərginliyin nə dərəcədə rolu oldu?

- Yaxşı oyun göstərib nəticə əldə etməmişik. Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq. Düzdür, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil.

- Rasim Ramaldanovun da qırmızı vərəqə almasından sonra komandada ciddi müdafiəçi problemi yarandı. "Qarabağ”la görüşdə bu amil sizə nə kimi problem yarada bilər?

- Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, uğur da sənin tərəfində olmalıdı. Nə edə bilərik. Başa düşürük ki, vəziyyət belədir. Əhvalımızı korlamamalı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.