banner
banner

Dünya

İran PUA-sı qəzaya düşdü

İran PUA-sı qəzaya düşdü

İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Cask dağının cənubunda qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, “Tasnim” agentliyi qəzadan sonra ərazidə qatı tüstü göründüyünü yazıb. İnsident barədə ətraflı məlumat verilmir. Xatırladaq ki, yanvar ayında İran Hərbi Hava Qüvvələri Tehran üzərində naməlum PUA-nı vurmuşdu. Daha sonra İRNA məlumat yaydı ki, PUA adı açıqlanmayan media qrupuna məxsus olub.

Yeri gəlmişkən, bu, İranın vurduğu ikinci media PUA-sı idi. Dekabr ayında İran HHQ İran dövlət televiziyasına məxsus PUAnı məhv etmişdi. İran televiziyası onun vasitəsilə dini mərasimi çəkirmiş.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.