ABŞ Prezidenti Donald Trampın beynəlxalq görüşlərini təhlil edirik.
Bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın iyulda Almaniyada keçiriləcək G20 zirvəsində görüşəcəyini deyən Peskov hər hansı bir razılığın olmadığını da bildirib.
"Vaşinqtonun beynəlxalq təmaslarını diqqətli şəkildə izləyirik və təhlil edirik. Beynəlxalq arenadakı bütün proseslərin təhlil edilməsi Moskvadakı gündəlik işlərin mühüm bir hissəsidir. Burada əsas olan Rusiyanın maraqlarıdır. Hər şey Rusiyanın maraqlarına bağlıdır", - Peskov qeyd edib.


