“Qalatasaray” futbol klubu baş məşqçi Yan Olde Rikerinqlə yollarını ayırır. Artıq baş məşqçi istefaya göndərilib. Bu barədə qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub. Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.
Qeyd edək ki, Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş"dan beş xal geri qalaraq 3-cü yerdə qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.